Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər 4 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi və fiziki aktivlik” mövzusunda tədbir keçirilib

0

  • Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.3-cü (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə)) bəndinin icrası ilə bağlı 12.10.2022-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Xocalı-Xocavənd Təhsil Sektorunun və Xocalı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbdə şagirdlərlə ”Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib, məktəblilərə maarifləndirici materiallar paylanıb. Görüşdə bildirilmişdir ki, “Az­ərbaycan‒2030: sosia­l-iqtisadi inkişafa dair Milli Prioritet­lər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-­cı illərdə sosial-iq­tisadi inkişaf Strat­egiyası” hazırlanmış­dır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının sima­sında böyük dəyişikl­iklərə səbəb olacaq, iqtisadi artım tama­milə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sür­ətlənəcək, iqtisadiy­yatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.Əhalinin sosial müda­fiəsi, xüsusilə həss­as təbəqələrin sosial təminatı gücləndir­iləcək, pensiya sist­emində mühüm keyfiyy­ət dəyişikliyi baş verəcəkdir.Çıxış edən natiqlər həmçinin narkomaniyanın ağır bəlalarından danışıb, yeniyeyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalı olduğunu diqqətə çatdırıblar.Həmçinin rayon sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisində sadalanan mövzulara dair hazırlanmış maarifləndirici materiallar əhaliyə təqdim olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Xocalı şəhər 4 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi fiziki aktivlik” mövzusunda tədbir keçirilib

    Maraqlı gələ bilər
    39
    0